Şəmkirdə iki yanğın hadisəsi baş verib

Şəmkirdə iki yanğın hadisəsi baş verib
# 03 may 2014 20:44 (UTC +04:00)

Bakı-APA. Şəmkirdə ötən gün axşam saatlarında iki yanğın hadisəsi baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə, evin 1 otağının döşəməsi 10 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın Şəmkirdə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin mətbəxində 1 ədəd masa və 3 kv.m sahədə döşəmə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR