Prokuror həbsdə olan bloqqerə cəza istəyib

Prokuror həbsdə olan bloqqerə cəza istəyib
# 22 may 2014 13:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqger Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Vəkil Xalid Bağırovun APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Ə.Əbilov ötən il noyabrın 22-də tutulub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR