Bakıda 44 yaşlı kişi bıçaqlanıb

Bakıda 44 yaşlı kişi bıçaqlanıb
# 20 iyun 2014 08:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1970-ci il təvəllüdlü Sədi Həsənov qarın nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətlə Klinik Tibbi Mərkəzə daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində S.Həsənova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Ağaməhəmməd Ələkbərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR