Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün qəbul planı ayrılıb

Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün qəbul planı ayrılıb
# 03 iyul 2014 13:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün qəbul planı ayrılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına 20 plan yeri ayrılıb.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan gözdən əlil abituriyentlər əlillik haqqında sənədlərini avqustun 10-dək TQDK-ya təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR