Əli Əhmədov: “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır”

Əli Əhmədov: “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır”
# 06 may 2014 10:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda “İcbari tibbi sığorta haqqında” qanun qəbul olunub. Bu qanunun bir mühüm maddəsi Azərbaycanda icbari tibbi sığortanın qəbul edilməsidir. Müəyyən obyektiv səbəblərlə əlaqədar bu qanun yerinə yetirilməyib. Artıq bu məsələ üzərində iş aparılır. Ümid edirəm ki, aparılan işlər zamanı çatanda icbari tibbi sığortanın tətbiqini mümkün edəcək”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, 9,5 milyon əhalinin hər birinin mənafeyinə toxunan, düşündürən bir məsələdir: “Bunun üçün çoxlu iş görmək lazımdır və asan məsələ deyil. Həm həcminə, həm də kütləviliyinə görə bu bir qədər ciddi məsələdir. Prinsip etibarilə söhbət Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasından gedir. Ona görə də bu istiqamətdə ciddi şəkildə işlər və araşdırmalar aparılır. İcbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır. Əhali və həkimlər həm hüquqi sənədlərin hazırlanması, həm səhiyyə müəssisələrində yeni maliyyələşdirməsi modellərinin seçilməsinə, həm səhiyyə müəssisələrinin bu modelə uyğunlaşdırılmasına hazırlanmalıdır. Bu işlər hamısı ardıcıl şəkildə həyata keçiriləcək. Güman edirəm ki, biz bunu Azərbaycanda yaxşı şəkildə həyata keçirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR