Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə razılıq verib

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə razılıq verib
# 10 oktyabr 2013 11:58 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqlə bağlı müraciətinə müsbət cavab verib.

BŞİH-nın ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun APA-ya verdiyi məlumata görə, Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiya paytaxt rəhbərliyi ilə razılaşdırılıb.

Mitinq oktyabrın 12-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) saat 16.00-dan 18.00-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR