Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib - FOTO

Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib - <span style="color: red;">FOTO
# 11 mart 2014 15:05 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, Komissiyanın sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib.

O bildirib ki, gündəliyə ümumilikdə 15 məsələnin müzakirəsi daxil edilib. Onlardan biri Şikayətlər üzrə Komissiyanın təqdimatına əsaslanıb.

Müzakirələrdən sonra «Kölgəli iqtisadiyyat və korrupsiya», «İqtisadiyyat və kölgə» qəzetlərinin MŞ-nin «qara siyahı»sına salınmasına dair rəy çıxarılıb. Bununla bağlı Şuranın İdarə Heyətinə müvafiq təqdimat verilməsi razılaşdırılıb. Məsələ ətrafındakı diskussiyalarda hər iki nəşrin eyni adama - Səfərov Həsən Səfər oğluna məxsus olduğu, KİV-də peşə davranışı qaydalarına tam etinasız yanaşıldığı vurğulanıb. Bildirilib ki, qəzetlərin yarıtmaz fəaliyyəti ilə əlaqədar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən də müvafiq təqdimat daxil olub. Eyni zamanda MŞ-nin Şikayətlər üzrə Komissiyasının sonuncu iclasında «İqtisadiyyat və kölgə» qəzetindən şikayətlərin nəzərdən keçirildiyi, mövcud xüsusda rəyin də çıxarıldığı diqqətə çatdırılıb.

İclasda həmçinin MŞ-nin «qara siyahı»sında yer almış bəzi KİV-lərin siyahıdan çıxarılması ilə bağlı müzakirələr də aparılıb. Bununla əlaqədar 20-dən artıq müraciətə baxılıb, MŞ-nin müvafiq təlimatına əsaslanılaraq prosedur fəaliyyət həyata keçirilib, müraciət müəllifləri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR