“AXA MBASK” əhalini sığorta sahəsində maarifləndirir

“AXA MBASK” əhalini sığorta sahəsində maarifləndirir
# 25 aprel 2014 10:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “AXA MBASK” sığorta şirkəti “AXA MBASK əhalini sığorta sahəsində maarifləndirir” adlı sosial layihəni davam etdirir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində Gəncə şəhərində seminar keçirilib. 150-ə yaxın insanın iştirak etdiyi seminarda “AXA MBASK”ın şirkətinin aparıcı mütəxəssisləri könüllü sığorta ilə icbari sığortanın fərqlərindən başlayaraq əsas sığorta məhsulları və satış kanallarının xüsusiyyətləri kimi müxtəlif mövzuları ətraflı izah edib. Layihə çərçivəsində iştirakçılara sığortanın tarixi, əhəmiyyəti, məhsullar, distributor kanalları, sığortanın yerli və beynəlxalq bazarlarda cari vəziyyəti, bazar iştirakçılarının üzləşdiyi problemlər və onların həlli yolları barədə məlumat verilib. Sığorta hadisəsi baş verdikdən sonra sığorta iddiaların tənzimlənmə qaydaları və prosedurları izah olunub.

Çıxış zamanı spikerlər sığortaya aid terminlərdən istifadə etməməyə çalışıb və anlaşılmayan məqamlarla bağlı iştirakçılara ətraflı izahat verilib. Seminarın sonunda brifinq təşkil olunub. Mühazirəçilərin təqdimatları ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində birinci tədbir Quba şəhərində keçirilib. Şirkət rəhbərliyi əmindir ki, əhalinin maliyyə sahəsində savadının artırılması ümumilikdə həm regionun iqtisadiyyatına, həm də vətəndaşların rifahı və gəlirinin səviyyəsinə də müsbət təsir göstərir. Bundan sonra da müntəzəm olaraq ölkənin müxtəlif regionlarında da buna bənzər seminarlar keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR