Müvəqqəti saxlanma yerlərinə və polis bölmələrinə başçəkmələr həyata keçirilib

Müvəqqəti saxlanma yerlərinə və polis bölmələrinə başçəkmələr həyata keçirilib
# 07 aprel 2014 13:48 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Nizami Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanma yerinə (MSY), həmin idarənin 23, 24 və 25-ci polis bölmələrinə, Xətai RPİ-nin MSY-nə, həmin idarənin 37-ci polis bölməsinə başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrin məqsədi saxlanılma şəraitinin, saxlanılan şəxslərlə rəftarın, müvafiq sənədləşmənin, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin araşdırılması olub.

Qrupun üzvləri başçəkmələr zamanı adı çəkilən müəssisələrdə saxlanılma şəraitini öyrənib, saxlanılan şəxslərin şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

Qəbul olunan şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı şikayət etməyiblər.

Adı çəkilən MSY-lər standartlara cavab versə də, Nizami RPİ-nin MSY-də saxlanılan bəzi şəxslərin istintaq təcridxanalarına vaxtında köçürülməməsi, eləcə də sənədləşmədə aşkarlanmış bir sıra nöqsanlarla əlaqədar Daxili İşlər Nazirliyinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR