“Neftçi”nin vitse-prezidenti istefa verib

“Neftçi”nin vitse-prezidenti istefa verib
# 24 aprel 2014 10:19 (UTC +04:00)

Bakı – APA. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov komandasından ayrıla bilər. Bu barədə apasport.az saytına komandanın prezidenti Sadıq Sadıqov məlumat verib. O bildirib ki, Süleymanov artıq istefa ərizəsi yazıb.

Onun komandadan ayrılmasının səbəbi Topaz Premyer Liqasında XX turunda “Xəzər Lənkəran”la 2:2 hesabı ilə başa çatan oyunla bağlıdır. Belə ki, Süleymanov oyundan sonra verdiyi açıqlamalarında baş hakim Rəhim Həsənovu qərəzli qərar verməkdə ittiham etmişdi. Buna görə də İntizam Komitəsi onu 10 oyunluq cəzalandırmışdı. Üstəlik, klub Süleymanovun bu əməlinə görə 20 min pul cəriməsi ödəməli idi.

Qeyd edək ki, Tahir Süleymanovun cəza müddəti başa çatsa da, indiyə kimi pul cəriməsi ödənilmədiyi üçün onun tribunadan matçı izləmək ixtiyarı yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR