Türkiyə İrandan aldığı qazın qiymətindən narazıdır

Türkiyə İrandan aldığı qazın qiymətindən narazıdır
# 13 mart 2014 08:21 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İranın Türkiyəyə qaz satışı ilə bağlı təklif etdiyi qiymətlər beynəlxalq bazarda mövcud olan qiymətlərə uyğun deyil.

APA-nın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kütahya vilayətinə səfər edən Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, Türkiyə İrandan qaz idxal edərkən vətəndaşların maraqlarını nəzərə almalıdır: “Biz İranın satdığı qazın həcmindən razıyıq, amma bu o demək deyil ki, bizə satılan qazın qiymətindən də razıyıq”.

İranın SHANA saytı isə İran Neft Nazirliyinin nümayəndəsinə istinadən bildirib ki, İran Türkiyəyə nəql etdiyi qazın qiymətini aşağı salmayacaq.

Qeyd edək ki, 2012-ci ildən Türkiyə Azərbaycandan qazı 330 dollar/1000 kubmetr, Rusiyadan isə 400 dollara alır. İrandan alınan qazın qiyməti isə 500 dollar/1000 kubmetr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR