Rusiya Dövlət Dumasının sədri İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

Rusiya Dövlət Dumasının sədri İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib
# 11 oktyabr 2013 14:45 (UTC +04:00)

APA-nın xəbərinə görə, S.Narışkin qeyd edib ki, açıq və azad şəkildə keçirilmiş seçkilər Azərbaycan rəhbərliyinin ölkənin dövlət və ictimai sistemlərinin daha da təkmilləşdirilməsi xəttinin əhali tərəfindən geniş dəstəkləndiyini göstərir.

S.narışkin əmin olduğunu bildirib ki, İlham Əliyevin təcrübəsi və nüfuzu bundan sonra da Azərbaycanın sosial-iqtisadi tərəqqisinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edəcək.

Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedəli Maqomedov da İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR