Rəsmi Moskva ABŞ rəsmilərinin Rusiyaya qarşı sanksiyalara dair bəyanatlarını şərh edib

Rəsmi Moskva ABŞ rəsmilərinin Rusiyaya qarşı sanksiyalara dair bəyanatlarını şərh edib
# 05 mart 2014 10:00 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç ABŞ rəsmilərinin Rusiyaya qarşı sanksiyalar barədə bəyanatları şərh edib.

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, A.Lukaşeviç amerikalıların sanksiyalara çağırışını refleks nəticəsində əmələ gəldiyini bildirib.

Rusiyalı diplomat qeyd edib ki, ABŞ-ın təklif etdiyi sanksiyalar hər iki ölkəyə ziyan verəcək.

“Hər dəfə ABŞ-ın hazırladığı sxemlərə uyğun nəsə getməyəndə, sanksiya dəyənəyinə əl atanlar tapılır”, - deyə o vurğulayıb.

A.Lukaşeviç bildirib ki, Rusiya ABŞ sanksiyalarına qarşı cıxdıqda, həmişə faktlar və hüquqi əsaslara malik olub: “Biz amerikalılara həmişə başa salmışıq ki, onların birtərəfli sanksiya tədbirləri nəyə görə sivil dövlətlərarası münasibətlər çərçivəsinə sığmır. Lazımi effekt yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR