Obama: Suriyanın kimyəvi silahı məhv etməsinə görə məsuliyyət Rusiya üzərindədir

Obama: Suriyanın kimyəvi silahı məhv etməsinə görə məsuliyyət Rusiya üzərindədir
# 11 fevral 2014 23:32 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Barak Obama Vaşinqtonda Fransa prezidenti Fransua Ollandla keçirdiyi birgə mətbuat konfransında bəyan edib ki, Suriyanın kimyəvi silahların məhv edilməsinə dair üzərinə götürdüyü öhdəliklərin icrasına görə məsuliyyət Rusiya üzərindədir.

Onun sözlərinə görə, Suriyanın kimyəvi silahlarının məhv edilməsi planının gündəmə gəlməsinə ABŞ-ın və onun müttəfiqlərinin Dəməşqə qarşı güc tətbiq etmək təhdidi səbəb olub. “Suriya öz öhdəliklərini icra etməlidir”, deyə Obama vurğulayıb. Onun sözlərinə görə, ABŞ mötədil Suriya müxalifətini gücləndirməkdə səylərini damam etdirəcək.

“Biz beynəlxalq ictimaiyyəti Suriyaya yollanan əcnəbi silahlıların axınının qarşısını almağa çağırırıq”, deyə Obama əlavə edib.

Qeyd edək ki, Suriyanın kimyəvi silah ehtiyatının ölkədən çıxarılması 2013-cü ilin dekabrın 31-dək yekunlaşdırmaq planlaşdırılsa da, bu proses bir sıra səbəblərdən hələ də davam etməkdədir. Hazırda kimyəvi silah ehtiyatının cəmi 5 faizi ölkədən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR