Almaniya XİN rəbhəri: “Ukraynaya imkan verilməlidir ki, özünə gələ bilsin” - FOTO

Almaniya XİN rəbhəri: “Ukraynaya imkan verilməlidir ki, özünə gələ bilsin” - <span style="color: red;">FOTO
# 14 fevral 2014 11:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Ukraynaya təzyiq dayandırılmalıdır. Bu ölkəyə imkan verilməlidir ki, özünə gələ bilsin”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə brifinqdə deyib.

“Biz tərəfləri dəstəkləməliyik ki, onlar böhranın həlli yollarını tapsınlar. Ukraynaya özünə gəlmək üçün imkan verilməlidir”, - deyə o vurğulayıb.


S.Lavrov isə qeyd edib ki, rəsmi Moskva Ukraynaya vasitəçilik xidmətlərini təklif etməyə hazırlaşmır: “Əgər hakimiyyət və müxalifətin xahiş edərlərsə, biz onların arasında vasitəçi olmağa qarşı deyilik. Lakin vasitəçiliyə hazırlaşmırıq. Bu, azad seçim olmalıdır. Kənardan heç bir təsir olmamalıdır. Ukraynanı bir tərəfə çəkib, onu “ya Avropa Birliyi, ya da Rusiya” seçimi qarşısında qoyurlar. Bununla onlar təsir sahəsi yaratmağa cəhd edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR