Azərbaycan elektrik enerjisinin istehsalını 5,2% artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını 5,2% artırıb
# 07 aprel 2014 12:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Cari ilin mart ayında Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur.

Cari ilin I rübü ərzində isə 6,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,3% çoxdur.

Bununla yanaşı, mart ayı ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR