Ayətullah Xamneyi: “Musəvi və Kərrubi mühakimə edilərsə, cəzaları çox ağır olacaq”

Ayətullah Xamneyi: “Musəvi və Kərrubi mühakimə edilərsə, cəzaları çox ağır olacaq”
# 30 iyun 2014 10:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın ali dini lideri bir qrup deputatla görüşündə dörd ilə yaxındır ev dustaqlığında saxlanılan ölkə müxalifətinin liderləri - Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, ayətullah Xamneyi bildirib ki, onların günahı böyükdür: “Mən əvvəllər bununla bağlı danışmışam. Bizlər inqilab və şəhidlərin yolundan kənara çıxmamalıyıq. Əgər imam (ayətullah Xomeyni nəzərdə tutulur - red.) olsaydı, onlarla daha sərt davranardı. Əgər onlar mühakimə edilərsə, cəzaları çox ağır olacaq. Şübhəsiz ki, sizlər də bununla razılaşmayacaqsınız. Ancaq biz onlara mehribanlıq göstərmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR