Hafiz Paşayev: “15-20 il əvvəl Azərbaycandan gedən mütəxəssisləri ölkəyə qaytarmaq istəyirik”

Hafiz Paşayev: “15-20 il əvvəl Azərbaycandan gedən mütəxəssisləri ölkəyə qaytarmaq istəyirik”
# 12 mart 2014 08:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Xaricdən istedadlı mütəxəssisləri Azərbaycana dəvət etmək çox asandır, ödəniş edirsən, Azərbaycan Diplomatik Akademiyasına gəlirlər”.

APA-nın verdiyi məlumata görə, bunu Azərbaycan İnvestisiya Sammitində çıxış edən xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev söyləyib.

H.Paşayev 100 il əvvəl Azərbaycanda universitet qurulduğunu, Rusiyadan Razumovskinin rektor kimi dəvət edildiyini xatırladıb: “Bu universitet Landau kimi professorlar yetişdirib. Sonra sovet sistemi gəldi, yüksək olan savadsızlıq səviyyəsinin aradan qaldırılması üçün işlər görüldü. Sovetlər dağılanda isə ən yaxşı mütəxəssislər xaricə axışdı. İndi biz təhsilin yenidən qurulması üçün xaricdən yüksək savadlı mütəxəssislər dəvət edirik. Biz dünyanın ən qabaqcıl təcrübəsini öyrənməyə çalışırıq. Ən çətin iş odur ki, 15-20 il əvvəl Azərbaycandan gedən mütəxəssisləri ölkəyə qaytarmaq istəyirik və bunu edirik. Artıq 15 alimi geri gətirmişik və onlar bizim fakültələrdə əsas kadrlardır. Yeni iş başlayanda inqilab etməyə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR