Moskvaətrafında futbol fanatının qətlindən sonra 140-dan çox qanunsuz miqrant Rusiyadan çıxarılacaq

Moskvaətrafında futbol fanatının qətlindən sonra 140-dan çox qanunsuz miqrant Rusiyadan çıxarılacaq
# 17 may 2014 20:33 (UTC +04:00)

Onların yaxın zamanda Rusiyadan çıxarılacağı gözlənilir.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, FMX əməkdaşları tərəfindən həyata keçirilən reydlər özəl sektoru, yataqxanaları, istehsalat və xidmət sahələrini əhatə edib.

“Reydlər zamanı 501 şəxs yoxlanılıb, onlardan 146 nəfər miqrasiya qanunvericiliyinin tələblərini pozub. Məhkəmə artıq onların ölkədən çıxarılmasına dair qərar verib”, deyə FMX-dan bildirilib.

Qurumda qeyd ediblər ki, yoxlamaların nəticələrinə əsasən “qanunsuz miqrasiyanın təşkili” ittihamı ilə 9 cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, FMX yoxlamalara yerli sakin Leonid Safyannikovun qətlindən sonra başlayıb. Onun qətlində Özbəkistan vətəndaşı şübhəli bilinərək saxlanılıb.

Məlumata görə, Safyannikov “Spartak” futbol klubunun fanatı olub. Onun ölümü cəmiyyətdə geniş rezonansa səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR