Azərbaycan şirkətləri İraqda 4 yolun bərpasında iştirak edə bilər

Azərbaycan şirkətləri İraqda 4 yolun bərpasında iştirak edə bilər
# 12 mart 2014 12:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan şirkətləri İraqın Kərkük əyalətində 4 avtomobil yolunun bərpası prosesində iştirak edə bilər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, İraq Şəhərsalma və Tikinti Nazirliyi tərəfindən Kərkük əyalətində 4 yolun bərpası üzrə beynəlxalq tender elan olunub.

Azərbaycan iş adamları tenderdə iştiraka dəvət olunur. Tender haqqında ətraflı məlumat əldə etmək və tenderdə iştirak etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR