Məleykə Abbaszadə: “TQDK və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə töhfə verəcək”

Məleykə Abbaszadə: “TQDK və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə töhfə verəcək”
# 07 may 2013 10:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, TQDK sədri jurnalistlərə açıqlamasında yeni təhsil naziri Mikayıl Cabbarova uğurlar arzulayıb. M. Abbaszadə ümidvar olduğunu deyib ki, TQDK və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə töhfə verəcək: “Təhsil sahəsində hər iki qurumun birgə fəaliyyəti bu sahənin inkişafı üçün uğurlu olacaq. Hər gün yeni təhsil naziri Mikayıl Cabbarovla müəyyən telefon danışıqlarımız olur, müxtəlif məsələlər müzakirə olunur. Həll edilməmiş məsələlər öz həllini tapmalıdır. Bunun üçün də açıq şəkildə müzakirələr aparılır. Yeni nazirlə işgüzar münasibət qurulub və normal fəaliyyət göstəririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR