Bakıda «Küknar» Beynəlxalq İncəsənət Müsabiqəsinin qalibləri elan olunub - FOTOSESSİYA

Bakıda «Küknar» Beynəlxalq İncəsənət Müsabiqəsinin qalibləri elan olunub - <span style="color: red;">FOTOSESSİYA
# 21 dekabr 2013 13:21 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə Heydər Əliyev Fonunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.


Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, müsabiqəyə 18 küknar abidəsi təqdim olunub və sərgidə seyr edənlərin səsverməsi ilə 3 nəfər qalib seçilib. Hər bir kəs 3 səsvermə vərəqindən istifadə edərək öz favoritini qalib edib. Qaydalara əsasən, sərgilənən əsərlər nömrələnib. İzləyicilər onlara təqdim olunan səsvermə vərəqində üstünlük verdikləri əsərin nömrəsini qeyd edib. Bir şəxs ona təqdim olunan 3 səsvermə vərəqində 3 eyni əsərin və ya müxtəlif əsərlərin nömrəsini qeyd etmək hüququna malik olub. Toplanan səslərə əsasən, mərasimin sonunda qalib əsər və ikinci, üçüncü yerlərin sahibləri elan olunub.
O, sərgi müsabiqəsinin keçirilməsində verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib və qeyd edib ki, həyata keçirilən bu layihə öz ideyası, qeyri-adiliyi, maraqlı dizayn həlli ilə fərqlənir.

«Küknar» Beynəlxalq İncəsənət Müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni İl küknar ağacları təqdim edilib. Daha sonra qaliblər elan edilib: I yerin sahibinə 5 min manat, II yerə - 3 min manat, III yeri tutana isə 2 min manat məbləğində pul mükafatı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR