Bakıda daha bir yol təmirə bağlanıb - FOTO

Bakıda daha bir yol təmirə bağlanıb - <span style="color: red;">FOTO
# 24 mart 2014 10:01 (UTC +04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Cəlil Məmmədquluzadə küçəsinin Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Hərbi Hospital istiqamətində) asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Səməd Vurğun və Tbilisi prospektlərindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR