Prezident 2014-cü ilin “Sənaye ili” elan olunması ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb

Prezident 2014-cü ilin “Sənaye ili” elan olunması ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb
# 12 mart 2014 16:17 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan kimi İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilib. Nazirlər Kabineti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR