Bu ilin birinci rübündə Azərbaycanın bölgələrində yüzə yaxın müəssisə fəaliyyətə başlayıb

Bu ilin birinci rübündə Azərbaycanın bölgələrində yüzə yaxın müəssisə fəaliyyətə başlayıb
# 15 aprel 2014 08:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin I rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb.

APA-Economics”in məlumatında görə, bu barədə vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.

Nazir bildirib ki, hazırda 500-dək müəssisənin tikintisi davam etdirilir.

F. Məmmədov qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR