Cənubi Koreyada binanın uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb

Cənubi Koreyada binanın uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb
# 17 fevral 2014 18:59 (UTC +04:00)

Bakı-APA. Cənubi Koreyanın Kendju kurort şəhərində otel binasının uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 70-dək insan xəsarət alıb. Məlumata görə, hazırda dağıntılar altında hələ də 15-dək insanın qaldığı ehtimal olunur.

Qeyd edək ki, insident yerli universitetin 1-ci kurs tələbələrinə həsr olunmuş konsert zamanı baş verib. Binanın damının qarın ağırlığından aşdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR