Arif Hacılı : "Hansı haqla "Müsavat Milli Şuranı dağıtmaq istəyir" deyirsiniz?

Arif Hacılı : "Hansı haqla "Müsavat Milli Şuranı dağıtmaq istəyir" deyirsiniz?
# 06 sentyabr 2013 17:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Ya ortaya siz də bir şey qoyun, ya az, ya çox nəsə dəstək verin, ya da susun, pozuculuğa son verin”.

APA-nın məlumatına görə, bunu Milli Şuranın üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Milli Şura 2013-cü il prezident seçkilərində demokratik düşərgənin birgə fəaliyyətinə nail olmaq, müxalifətin vahid namizədini müəyyənləşdirmək və vahid namizəd ətrafında ölkənin protest elektoratını birləşdirmək məqsədi ilə yaradılıb: “Əsas hədəf budur. Biz bütün fəaliyyətimizi, resurslarımızı müəyyən etdiyimiz aydın məqsədə xidmətə yönəltmişik. Qərargahımız namizədimizin qərargahı, işçimiz işçisi, otağımız otağıdır. Minlərlə üzvümüz bu işdə birbaşa, həm də təmənnasız çalışır. Tanıtdırır, təbliğ edir, imza toplayır, sonuncu manatını taksiyə verib daha 5 imza yığmaq üçün kəndə gedir. Bu işləri gördüyü üçün təqib olunur, onu incidirlər, bir bəhanə ilə münüqişəyə cəlb edirlər, söz atırlar, amma onlar bu yolla imza vərəqini əllərindən alarlar deyə susurlar, dözürlər”.

A. Hacılı Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Milli Şuradan çıxmasına da münasibət bildirib: “Lalə Şövkət isə Milli Şuradan çıxır. Əslində heç daxil də olmamışdı. Müsavata etiraz edir. Bu işdə iştirakınız nədir? Heç olmasa yığdığımız 44 min imzanın içində imzanız varmı? Hansı haqla "Müsavat Milli Şuranı dağıtmaq istəyir" deyirsiniz ? Müsavat olmasa, bütün bunlar, əsasən bu fədakar insanlar olmasa nə Milli Şura, nə seçki, nə müxalifət? Ya ortaya siz də bir şey qoyun, ya az, ya çox nəsə dəstək verin, ya da susun, pozuculuğa son verin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR