Krım tatarları milli-mədəni muxtariyyat yaratmaq niyyətindədirlər

Krım tatarları milli-mədəni muxtariyyat yaratmaq niyyətindədirlər
# 29 mart 2014 11:08 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Krım tatar məclisinin sədri Refat Çubarov Baxçasarayda keçirilən qurultayda bəyan edib.

Onun sözlərinə görə, Krım tatar məclisi Krım xalqının milli-mədəni muxtariyyatının yaradılması ilə bağlı hüquqi prosedurlara başlayır.

“Biz qurultaydan xahiş edirik ki, məclisə bütün dövlətlərə, xüsusən də tərkibində milli respublikaların olduğu dövlətlərə müraciət etmək üçün tapşırıq versin. Biz Rusiya konstitusiyasını yaxşı öyrəndik. Onlardan Krım tatarlarının öz müqəddaratını təyin etmək hüququnu təmin etməyi tələb edəcəyik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR