«Amrahbank»ın IV mikrorayondakı filialı yeni ünvana köçürülüb

«Amrahbank»ın IV mikrorayondakı filialı yeni ünvana köçürülüb
# 06 dekabr 2013 10:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin Bakı şəhəri, IV mikrorayonunda yerləşən filialı artıq «Binəqədi» filialı adlandırılaraq yeni ünvana köçürülüb. Filial paytaxtın Binəqədi rayonu, Pişəvari küç.,3245-ci məhəllə ünvanında fəaliyyət göstərəcək.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, müasir tələblərə cavab verən «Binəqədi» filialı həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köçürmələri, «Visa», «MasterCard» beynəlxalq plastik kartlarla əməliyyatlar, valyuta mübadiləsi, kassa-hesablaşma əməliyyatları və s. xidmətləri təklif edir.

Qeyd edək ki, hazırda bankın 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filial şəbəkəsi paytaxtla yanaşı Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionları da əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR