Azərbaycan və Yaponiya innovativ məhsulların istehsalı və ixracı sahəsində əməkdaşlıq edəcək

 Azərbaycan və Yaponiya innovativ məhsulların istehsalı və ixracı sahəsində əməkdaşlıq edəcək
# 13 fevral 2014 08:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Yaponiya ilə innovativ məhsulların istehsalı, onların xarici bazarlara çıxarılması, o cümlədən peyk texnologiyası sahəsində əməkdaşlıq etmək niyyətindədir. Bu gün Yaponiyanın telekommunikasiya və peyk sahəsində aparıcı qurumu olan NEC (Nippon Electric Corporation) Korporasiyası ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


Nazir qeyd edib ki, Azərbaycanda səfərdə olan Korporasiyanın nümayəndə heyəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində seminar keçirəcək.


Qeyd edək ki, seminar şirkətin təqdimatı, İKT sahəsində həllər, genişzolaqlı internetin inkişaf layihəsi və digər məsələlər üzrə sessiyalardan ibarət olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR