ATƏT-in Minsk qrupunun həmsədrləri Moskvada Rusiya xarici işlər nazirinin müavini ilə görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Moskvada Rusiya xarici işlər nazirinin müavini ilə görüşüblər
# 13 mart 2014 07:43 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüş keçiriblər.

APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, Q. Karasinin həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktual məsələlər müzakirə edilib.

Qeyd edək ki, həmsədrlər martın 10-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, martın 11-də isə Moskvada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR