Bakının mərkəzində “Range Rover” və “VAZ-21015” toqquşub - FOTOSESSİYA - VİDEO

Bakının mərkəzində “Range Rover” və “VAZ-21015” toqquşub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 05 mart 2014 02:38 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının mərkəzində “Range Rover” və “VAZ-21015” markalı avtomobillər toqquşub. APA TV-nin məlumatına görə, hadisə Bülbül və Zərifə Əliyeva küçələrinin kəsişməsində baş verib. “VAZ 21015” Zərifə Əliyeva, “Range Rover” isə Bülbül küçələri ilə hərəkət edirmiş. İlkin ehtimala görə, avtomobillərdən biri işıqforun qırmızı işığına məhəl qoymayıb və nəticədə toqquşma baş verib.

Toqquşmadan sonra "Range Rover"in sürücüsü idarəetməni itirib və maşını əvvəlcə işıqforun dirəyinə, daha sonra isə yaxınlıqdakı piyada keçidinə çırpıb. İşıqforun dirəyi yerindən qopub, piyada keçidinin divarının bir hissəsi dağılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR