ABŞ Bankçılıq Komitəsinin sədri İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb

ABŞ Bankçılıq Komitəsinin sədri İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb
# 13 dekabr 2013 09:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Senatının Bankçılıq Komitəsinin sədri hazırkı vəziyyətdə İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, senator Tim Conson bildirib ki, ABŞ hökuməti ilə belə bir razılıq əldə olunub: “Biz hesab edirik ki, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi həssas danışıqları poza bilər. Ona görə də bu məsələdə Qərb ölkələri arasındakı birliyə zərbə vuracaq zərərli heç bir şey həyata keçirməməliyik. Biz əmin olmalıyıq ki, danışıqların bir nəticə verməməsi İranın müvəffəqiyyətsizliyidir. Bu baxımdan İrana “altılıq” ölkələrinə və ya digər dövlətlərə öz məsuliyyətlərini bizim boynumuza qoymaları üçün bəhanə verməməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR