Gəncədə yas mağarında yanğın olub

Gəncədə yas mağarında yanğın olub
# 19 fevral 2014 15:00 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə xeyir-şər mağarında yanğın baş verib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb. Həmin ərazidə qurulan yas mağarında 5 kiloluq qaz balonu yanmağa başlayıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunaraq yanğın söndürülüb. Xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə qaz balonundan ehtiyatsız davranma səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR