Gəncə sakini həşərat dərmanından zəhərlənib

Gəncə sakini həşərat dərmanından zəhərlənib
# 21 aprel 2014 08:26 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Dilarə Kamalova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Tibbi müdaxilə nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin normaldır.

Araşdırma zamanı məlum olub ki, 23 yaşlı D. Kamalova yaşadığı evdə qarışqaları məhv etmək üçün hazırladığı məhluldan səhvən yarım qurtum içərək zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR