Azərbaycan prezidenti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul edib

Azərbaycan prezidenti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul edib
# 30 aprel 2013 15:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul edib. APA-nın məlumatına görə, iqtisadiyyatın sürətli inkişafında aviasiya nəqliyyatının rolunu qeyd edən Toni Tayler dünyada bu sahənin tərəqqisinin vacibliyini bildirib. O, Azərbaycanda dövlətin aviasiya nəqliyyatının inkişafına göstərdiyi diqqəti yüksək dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanda aviasiya nəqliyyatına dövlətin daim qayğı göstərdiyini vurğulayıb. Son illər dövlət vəsaiti hesabına ölkəmizin müxtəlif regionlarında müasir hava limanlarının inşa olunduğunu və yeni təyyarələrin alındığını qeyd edən dövlət başçısı ölkənin biznes, turizm imkanlarının artırılmasında aviasiya nəqliyyatının önəmini vurğulayıb.

Görüşdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi, aviasiya nəqliyyatı sahəsində yeni tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR