Dünya Bankının Azərbaycana investisiyaları azalıb

Dünya Bankının Azərbaycana investisiyaları azalıb
# 25 yanvar 2013 08:12 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 168 972,6 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilə nisbətən 8,9% azalıb. Hesabat ilində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 5,2% təşkil edib, bu da 2011-ci ilə nisbətən 2,2 faiz bəndi azdır.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank 53 layihənin icrasına Azərbaycana 2,969 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR