İsa Qəmbərin Lənkərana səfəri baş tutmayıb - YENİLƏNİB-1

İsa Qəmbərin Lənkərana səfəri baş tutmayıb - <span style="color: red;">YENİLƏNİB-1
# 27 yanvar 2013 15:01 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda polis tərəfindən saxlanılan bir neçə müsavatçı və “Azadlıq” radiosunun cənub bölgəsi üzrə xüsusi müxbiri Müstəcəb Məmmədov sərbəst buraxılıb.

Bu barədə APA-nın cənub bürosuna M. Məmmədov məlumat verib: “Məni Müsavat Partiyasının bir neçə üzvü ilə saxlayıb Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə apardılar. Bizə qarşı konkret olaraq heç bir ittiham irəli sürülmədi. Sadəcə dindirdilər, şəxsiyyətimizi araşdırdılar və sərbəst buraxdılar”.

***

Saat 15:53

Lənkəran. Agəddin Babayev – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkərana səfəri baş tutmayıb.

APA-nın yerli bürosunun məlumatına görə, partiya başqanının korteji Göytəpə qəsəbəsi yaxınlığında Yol Patrul Xidməti postunda saxlanılıb və sənəd yoxlaması aparılıb. İ. Qəmbərin maşını və daha bir neçə avtomobil postdan buraxılıb. Onu müşayiət edən digər avtomobillər isə postdan buraxılmayıb.

Müsavat başqanı gərginlik yaranmaması üçün geri dönmək barədə qərar verib və kortej Baklıya istiqamət götürüb.

APA-nın əməkdaşı onu da bildirir ki, Lənkəran müsavatçılarından bəziləri polis tərəfindən saxlanılıb.

***

Saat 15.05

Bakı-APA. Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər Lənkərana səfərə gedib.

Partiyadan APA-ya daxil olan məlumata görə, səfər Müsavat Partiyasının Lənkəran rayon təşkilatının yaranmasının 20 illiyi ilə bağlı tədbirdə iştirak etmək məqsədi daşıyır.

Məlumatda bildirilib ki, partiya başqanının korteji Goytəpə qəsəbəsi yaxınlığında Yol Patrul Xidməti postunda saxlanılıb və sənəd yoxlaması aparılıb.

Qeyd edək ki, bundan əvvəl də Müsavat başqanı Lənkərana getməyə cəhd edib. Lakin şəhərin girişində bir qrup tərəfindən onun maşının qarşısı kəsilib, İsa Qəmbər qarşıdurmanın böyüməməsi üçün geri qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR