İran istehsalı olan döyüş təyyarəsinin təqdimatı keçirilib - FOTO

İran istehsalı olan döyüş təyyarəsinin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 02 fevral 2013 11:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün İranda yerli istehsal olan “Gaher-313” döyüş təyyarəsinin təqdimatı keçirilib. APA-nın Mehr Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, təqdimat mərasimində İran prezidenti Mahmud Əhmədinejat da iştirak edib. Mərasim zamanı çıxış edən İranın müdafiə naziri Əhməd Vahidi bildirib ki, yüksək manevr qabiliyyətinə malik “Gaher-313” döyüş təyyarəsi aşağı hündürlükdə əməliyyat həyata keçirmək gücünə sahibdir. O təyyarənin son dərəcə müasir texnologiya ilə hazırlandığını və yerli istehsal olan silahları daşıma gücündə olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR