Avstraliya hərbçiləri Əfqanıstanda iki uşağı qətlə yetiriblər

Avstraliya hərbçiləri Əfqanıstanda iki uşağı qətlə yetiriblər
# 02 mart 2013 18:32 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda Təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin hərbi kontingentinin (ISAF) tərkibindəki Avstraliya hərbi kontingentin əsgərləri bu gün Əfqanıstanda səhvən iki uşağı qətlə yetiriblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Uruzqan vilayətinin qubernatoru Məhəmməd Axundzad açıqlamasında bildirib ki, taliblər göyərtəsində Avstraliya hərbçiləri olan helikopteri atəşə tutduqdan sonra, əsgərlər “səhvən” 7 və 8 yaşları olan uşaqları güllələyiblər.

ISAF-ın mətbuat xidməti insident barədə məlumatlı olduğunu bildirib və qeyd edib ki, hal-hazırda hadisə yerində istintaq komissiyası araşdırma aparır.

Xatırladaq ki, fevralın 13-də NATO aviasiyası Kunar vilayətində endirdiyi səhv zərbələr nəticəsində 10 dinc sakin həlak olub, ölənlərdən 5-i uşaq, 4-ü qadın olub. Bu hadisədən sonra Əfqanıstan prezidenti Həmid Kərzay yerüstü əməliyyatlar aparılarkən ölkənin təhlükəsizlik qüvvələrinə havadan dəstək məqsədi ilə NATO aviasiyasından istifadə etməsini qadağan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR