Azərbaycanda həyata keçirilən özəlləşdirmədən 1,2 mln-dan çox vətəndaş bəhrələnib

Azərbaycanda həyata keçirilən özəlləşdirmədən 1,2 mln-dan çox vətəndaş bəhrələnib
# 03 may 2013 09:36 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda həyata keçirilən dövlət əmlakının özəlləşdirilməsi prosesində 250 mindən çox səhmdar meydana gəlib. «APA-Economics»in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov bu gün «Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları» mövzusunda Bakıda keçirilən elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, ümumilikdə 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb: «Ümumilikdə götürdükdə, 1,2 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələnib».

Komitə sədri bildirib ki, Azərbaycanda həyata keçirilən əsaslı aqrar islahatları nəticəsində kənd yerlərində yaşayan 850 mindən çox ailəyə torpaq sahəsi və əmlak payı verilib.

Nəticədə, ölkə iqtisadiyyatının özəl bölməsinin sürətlə genişlənməsi və onun mövqelərinin möhkəmləndirilməsi üçün güclü baza yaradılıb.

K.Həsənov qeyd edib ki, iqtisadi islahatların və özəlləşdirmənin həyata keçirilməsi ÜDM-də qeyri-dövlət sektorunun payının dəfələrlə yüksəlməsinə gətirib çıxarıb və bu göstərici 1995-2012-ci illər ərzində 30%-dən 83%-dək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR