Astanada Azərbaycan vətəndaşlarından silah götürülüb

Astanada Azərbaycan vətəndaşlarından silah götürülüb
# 24 dekabr 2012 11:59 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Astanada Azərbaycan vətəndaşlarından silah götürülüb. APA-nın məlumatına görə, hüquq-mühafizə orqanları 6 Azərbaycan və 1 Özbəkistan vətəndaşını həbs ediblər. Onların yaşadıqları mənzilə keçirilən baxış zamanı işərisində “OSA” markalı tapança və iki güllə, 12 kalibrli 4 patron, TT tapançası üçün 3 patron, “Kalaşnikov” avtomatı üçün 5,45 kalibrli 6 patron, kustar üsulla hazırlanmış bir bıçaq və 3 adi bıçaq olan paket aşkarlayıblar.

Azərbaycan vətəndaşlarından ikisi şəxsiyyətlərinin müəyyən olunması məqsədilə istintaq təcridxanasında saxlanır, digər beş şəxsə isə miqrasiya qanunvericiliyini pozduqlarına görə inzibati qaydada cərimə tətbiq olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR