Bakıda “Davamlı inkişaf nə deməkdir?” mövzusunda dəyirmi masa keçiriləcək

Bakıda “Davamlı inkişaf nə deməkdir?” mövzusunda dəyirmi masa keçiriləcək
# 15 aprel 2013 13:34 (UTC +04:00)

Bakı-APA. Sabah İsveçrənin Graguate İnstitutu və SDC-nin (İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi) dəstəyi ilə "Davamlı inkişaf nə deməkdir?” mövzusunda dəyirmi masa keçiriləcək.

Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, dəyirmi masada BMT-nin İnkişaf Proqramının rezident əlaqələndiricisi Antonius Broek, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin Bakı ofisinin rəhbəri Mattias Feldman və SAM-ın İqtisadiyyatın təhlili və globallaşma məsələləri şöbəsinin elmi işçisi Mahir Hümbətov çıxış edəcək.

Dəyirmi masa eyni mövzuda keçirilən və Azərbaycan Respublikasının dövlət qulluqçuları üçün CABIR (Beynəlxalq Münasibətlərdə İnsan Kapitalının rolunun artırılması) proqramı çərçivəsində 15-17 Aprel tarixlərində təşkil edilmiş kursun bir hissəsi kimi baş tutacaq.

Bu treninq davamlı inkişafın əhəmiyyəti, yüksək iqtisadi və sosial inkişaf baxımından idarəetmə, beynəlxalq münasibətlərdə davamlı inkişaf və insan kapitalının rolu, təbii resursların idarəedilməsi mövzularına həsr olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR