Ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması nəticəsində çaylarda sululuq artıb

Ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması nəticəsində çaylarda sululuq artıb
# 05 aprel 2013 13:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son günlər ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, son 5 gündə Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 4-19 sm, Kiçik Qafqazın çaylarında 1-6 sm, Naxçıvan MR-nın Naxçıvançay çayında 27 sm artım, Lənkəran-Astara bölgəsi çaylarında isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-290, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 5-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.


Son 5 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 54 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 460 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. Son 5 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. Aprelin 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 1 sm, Salyanda 9 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Şirvanda 17 sm artım, Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR