Gənclər Fondunun ikinci qrant müsabiqəsinin nəticələri açıqlanıb

Gənclər Fondunun ikinci qrant müsabiqəsinin nəticələri açıqlanıb
# 05 aprel 2013 15:09 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Gənclər Fondunun keçirdiyi ikinci qrant müsabiqəsinin nəticələri açıqlanıb. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən il dekabrın 26-dan 2013-cü il fevralın 15-dək elan edilmiş ikinci qrant müsabiqəsi çərçivəsində A (yerli layihələr), B (beynəlxalq layihələr) və C (fərdi layihələr) kateqoriyaları üzrə qeyri-hökumət təşkilatları və yaradıcı gənclərdən cəmi 387 layihə təklifi daxil olub, onlardan 132-si gənclər təşkilatı olmadığına görə müsabiqədən kənarlaşdırılıb. Beləliklə, A kateqoriyası üzrə 147, B kateqoriyası üzrə 34, C kateqoriyası üzrə 74 layihə (cəmi 255 layihə) Müşahidə Şurasının müzakirəsinə təqdim olunub. Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul edib. Həmin layihələrin maliyyələşdirilməsinə cəmi 1 389 740 manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR