Bakıda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Platin Qələm Mükafatının təqdimatı keçirilib - FOTOSESSİYA

 Bakıda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Platin Qələm Mükafatının təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 fevral 2013 15:39 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, qələmin üzərinə «Mən fəxr edirəm ki, azərbaycanlıyam!» ifadəsi yüksək sənətkarlıq və zövqlə əks etdirilib.

Mərasimdə mükafata layiq görülən 23 nəfər haqda məlumat verilib. Mükafat Azərbaycana layiqincə xidmət göstərən ölkənin görkəmli şəxslərinə təqdim olunur.

Mükafatlar «ANS Qrup»un prezidenti Vahid Mustafayev və «Caran d`Ache» şirkətinin baş direktoru Silvio Laurenti tərəfindən təqdim edilib. Mükafata layiq görülənlər Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Şeyxülislam Hacı Allahşükür Paşazadə, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Polad Bülbüloğlu, xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Arif Məlikov, SSRİ xalq artisti Zeynəb Xanlarova, xalq rəssamı Ömər Eldarov, Fəxri Neftçi Xoşbəxt Yusifzadə, xalq artisti Şəfiqə Məmmədova, kinorejissor Eldar Quliyev, kibernetika alimi Lütfi Zadə, xanəndə Alim Qasımov, teatr rejissoru Aleksandr Şarovski, kaman ustası Habil Əliyev, xalq şairi Vaqif Səmədoğlu, pianoçu Fərhad Bədəlbəyli, əməkdar jurnalist Mais Məmmədov, futbolçu Ələkbər Məmmədov və yazıçı-publisist Elmira Axundova olub.

Qeyd edək ki, tanınmış «Caran d`Ache» şirkətinin məhsulu olan platin qələm yüksək beynəlxalq standartlara cavab verən, mürəkkəblə yazan qələmdir. Əl işi olduğundan hər bir qələm unikal və vahiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR