Azərbaycanda pərakəndə ticarət dövriyyəsi I rübdə 10% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi I rübdə 10% artıb
# 15 aprel 2013 13:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 4,5 mlrd. manat məbləğində və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 9,5% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, satılmış ərzaq məhsullarının həcmi 2,2% artaraq 2,5 mlrd. manata, qeyri-ərzaq mallarının həcmi 20,4% artaraq 2 mlrd. manata bərabər olub: «Keçən ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4 faiz bəndi azalaraq 55,8%, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,2% təşkil edib. Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 90,9 manatlıq ərzaq, 72,2 manatlıq qeyri-ərzaq malları alıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR