İranda 10 gündə 8 nəfər əhalinin gözü qarşısında edam edilib

İranda 10 gündə 8 nəfər əhalinin gözü qarşısında edam edilib
# 27 yanvar 2013 14:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Kirman şəhərində 1 nəfər əhalinin gözü qarşısında edam edilib.

APA-nın məlumatına görə, təcavüz etməkdə təqsirləndirilən 27 yaşlı məhbus barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Qərar şəhərin “Xacəvi” meydanında dünən səhər saatlarında icra edilib.

İranın İnsan Haqları Fəalları Agentliyinin yaydığı məlumata görə, ölkədə son on gündə əhalinin gözü qarşısında 8 nəfər asılıb, 4 nəfər şallaqlanıb, bir kişinin isə barmaqları kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR