Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
# 29 mart 2013 06:48 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Şurabad, Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR