«Azərbaycan foto obyektivlərdə» sərgisi Berlində nümayiş etdirilir

«Azərbaycan foto obyektivlərdə» sərgisi Berlində nümayiş etdirilir
# 05 aprel 2013 18:35 (UTC +04:00)

Bakı-APA. 200-dən çox diplomat, Berlin ictimaiyyətinin məşhurları və üzvləri Berlinin mərkəzi Mitte rayonunda yerləşən “Epicentro Art” mərkəzinə toplaşaraq, Avropa Azərbaycan cəmiyyətinin (AAC) təşkil etdiyi “Azərbaycan foto obyektivlərdə” sərgisində iştirak edib. APA-nın məlumatına görə, sərgidə 55 fotoşəkil nümayiş etdirilib.

Sərgidə iştirak edənlər arasında Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və Avropa Azərbaycan cəmiyyətinin direktoru Lionel Zetter də olub.

Sərgi 2012-ci il noyabrında fərqli formatda Londonda, 2013-cü ilin martında isə Parisdə nümayiş etdirilib. Fotolar Avropa Azərbaycan Cəmiyyətinin müsabiqəsində iştirak etmək üçün Azərbaycandan və dünyanın digər yerlərindən olan fotoqraflar tərəfindən təqdim edilmiş təxminən 750 fotoşəkil arasından seçilib.

««Azərbaycan foto obyektivlərdə» sərgisi əsasən təbiət, incəsənət və tarixə əsas üstünlüyü verərək xalqın müxtəlif tərəflərini nümayiş etdirmək üçün təşkil edilib. Ümid edirəm ki bu fotoşəkillər hamınızın marağına səbəb olacaq və siz bu ölkə barədə daha çox şey kəşf etmək fikrinə gələcəksiniz və ya hətta ora səfər etmək istəyəcəksiniz», deyə tədbirdə çıxış edən AAC-Almaniyanın direktoru Şahin Namati-Nasab belə deyib.

Sərgidən seçilmiş fotolara www.teas.eu/azerbaijan-through-the-lens səhifəsindən baxmaq mümkündür. Sərgi AAC-ın nümayəndəliyinin fəaliyyət göstərdiyi Avropanın əsas şəhərlərində 2013-cü il ərzində turnedə olacaq və iyunun 24-də Brüsseldə nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR